Alman tədqiqatçıları bitkilərin məhsuldarlığı sahəsində Azərbaycan aliminin tədqiqatlarına maraq göstərirlər

 

Mən fotosintez sahəsində tədqiqatlara bu yaxınlarda başlasam da, Cəlal Əliyevin əsərləri sayəsində artıq müəyyən biliklər əldə etmişəm. Çox fəxr edirəm ki, Bakıdayam və belə mühüm beynəlxalq konfransda iştirak edirəm.

Bu sözləri AzərTAc-ın müxbirinə Berlin Texniki Universitetinin professoru, doktor Tomas Fridrix "Cəlal Əliyev: Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013" beynəlxalq konfransında demişdir.

Tomas Fridrix bildirmişdir ki, o, Azərbaycanın fotosintez tədqiqatçılarının əsərlərini öyrənir və ən gözəl nəticələri Cəlal Əliyevin əsərlərində aşkar etmişdir. Bu tədqiqatlar, xüsusən bitkilərin, ələlxüsus buğdanın məhsuldarlığı sahəsində araşdırmalar alman tədqiqatçılarını çox maraqlandırır.

Tomas Fridrix demişdir ki, hazırda buğdanın fotosintez əlamətlərinə görə kontrast genotiplərində karbon metabolizminin xüsusiyyətləri sahəsində akademik Cəlal Əliyevin tədqiqatlarına istinad edərək monoqrafiya üzərində çalışır.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 5.