Azərbaycan Prezidenti İlham Əliyev Belarus
Respublikasının xarici
işlər naziri Vladimir Makeyi qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da
Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi
qəbul etmişdir.
Belarus
Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə
səfəri zamanı paytaxtımızda çox böyük
inkişafın şahidi olduğunu dedi. Nazir ölkələrimiz
arasında əlaqələrin daha da genişləndirilməsi
ilə bağlı məsələlərin müzakirəsi
üçün bu səfərin yaxşı imkan
yaratdığını bildirdi. Bakıya səfərinin
ölkələrimiz arasında diplomatik əlaqələrin
yaradılmasının 20 illik ildönümü ilə
üst-üstə düşdüyünü deyən nazir bu
münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik
məktubunu və ən xoş arzularını dövlət
başçısına çatdırdı.
Prezident
İlham Əliyev ölkələrimiz arasında ikitərəfli
münasibətlərin bütün istiqamətlərdə, o
cümlədən siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf etdiyini vurğuladı. Dövlət
başçısı əlaqələrimizin möhkəmləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi.
Dövlət
başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna
görə minnətdarlığını bildirdi, ən
xoş arzularını Belarusun dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 11 iyun.- S. 1.