Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin
xarici işlər
naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da
Banqladeş Xalq Respublikasının xarici işlər naziri
Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir.
Banqladeşin
xarici işlər naziri Dipu Moni Banqladeşin Prezidenti Abdul Həmidin
və Baş nazir Şeyx Hasina Vazedin salamlarını dövlət
başçısına çatdırdı.
Xalqlarımız arasında əlaqələrin qədim tarixə
malik olduğunu vurğulayan nazir bu əlaqələrin
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu qeyd etdi.
Azərbaycan
ilə Banqladeş arasında siyasi əlaqələrin
yaxşı səviyyədə olduğunu vurğulayan
dövlət başçısı bu əlaqələrin
iqtisadi əməkdaşlıq, birgə layihələr və
digər sahələrdə də inkişaf etdirilməsinin
önəmini qeyd etdi. Prezident İlham Əliyev Banqladeşin
xarici işlər naziri Dipu Moninin ölkəmizə səfərinin
bu sahədə əməkdaşlığımızın
inkişafına xidmət edəcəyinə ümidvar
olduğunu bildirdi.
Dövlət
başçısı Banqladeşin Prezidenti Abdul Həmidin və
Baş nazir Şeyx Hasina Vazedin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Banqladeşin Prezidentinə və
Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 11 iyun.- S. 1.