Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən
daxili köçkünlər və
qaçqınlar üzrə naziri David Daraxvekidzenin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da
Gürcüstanın işğal olunmuş ərazilərdən
daxili köçkünlər və qaçqınlar üzrə
naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət
başçısı Gürcüstan hərbçilərinin
Əfqanıstanda faciəli surətdə həlak olmaları
ilə əlaqədar Gürcüstan rəhbərliyinə və
Gürcüstan xalqına başsağlığı verdi.
Gürcüstanın
işğal olunmuş ərazilərdən daxili
köçkünlər və qaçqınlar üzrə
naziri David Daraxvekidze başsağlığına görə
dövlət başçısına minnətdarlığını
bildirdi.
Nazir Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlət başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin Baş naziri tərəfindən yüksək qiymətləndirildiyini dedi. David Daraxvekidze Baş nazir Bidzina İvanişvilinin, həmçinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd etdi. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirdi.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlət başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu dedi. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlət başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
Dövlət
başçısı Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin
salamlarına və ən xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Gürcüstanın Baş
nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 11 iyun.- S. 1.