Əfqanıstan informasiya-kommunikasiya
texnologiyaları sahəsində Azərbaycan
ilə əməkdaşlığa maraq göstərir
BMT-nin
İnkişaf Proqramının təşkilatçılığı
ilə Əfqanıstan İslam Respublikasının rabitə
və informasiya texnologiyaları naziri Əmirzai Sanginin
başçılıq etdiyi nümayəndə heyətinin
Bakıya səfəri çərçivəsində iyunun
10-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
görüş keçirilmişdir.
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları (İKT) sektorunda görülmüş
işlər və əldə olunan nəticələr barədə
qonaqları məlumatlandırmışdır.
Bildirilmişdir
ki, Azərbaycanın elektron-idarəçilik (e-idarəçilik)
sahəsindəki nailiyyətləri bir çox ölkələr
və beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir. Bu, ölkəmizin e-idarəçilik
sahəsindəki potensialı və İKT sahəsindəki zəngin
təcrübəsi ilə bilavasitə bağlıdır.
İnkişaf etməkdə olan və keçid
dövrünü yaşayan bir çox ölkələr Azərbaycanın
uğurlu inkişaf modelini nəzərdən keçirir və
onun təcrübəsindən yararlanmaq istəyirlər. Azərbaycanın
Əfqanıstana dəstəyi özünü ən çox
e-idarəçilik sahəsində büruzə verir. Dövlət
başçısı İlham Əliyevin Əfqanıstana dəstək
bəyanatlarından sonra Azərbaycan dost ölkə hökumətinin
müvafiq qurumları ilə əməkdaşlığı
daha da genişləndirmişdir.
Ə.Sangi
qeyd etmişdir ki, Əfqanıstan hökuməti informasiya və
kommunikasiya texnologiyaları sahəsində ölkəmiz ilə
əməkdaşlığa böyük maraq göstərir.
E-idarəçilik sahəsində nailiyyətləri nəzərə
alınaraq, BMT-nin İnkişaf Proqramının ölkə
üzrə nümayəndəlikləri bu istiqamətdə Azərbaycanın
Əfqanıstana yardımına dəstək olmağa dair
razılığa gəlmişlər.
Görüşdə
Azərbaycanın İKT üzrə təcrübəsindən
söhbət açılmış, iki ölkə
arasında e-idarəçiliklə bağlı əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 11 iyun.- S.6.