Azərbaycan Prezidenti İlham Əliyev Körfəz Əməkdaşlıq Şurası baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Görüşdə Fələstinə yardım göstərilməsi üzrə Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Körfəz ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, münasibətlərimizin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd edildi. Söhbət zamanı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin önəmi diqqətə çatdırıldı, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Körfəz dövlətlərinin başçılarına çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 12 iyun.- S.1.