Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də
Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul
etmişdir.
Dövlət
başçısı Malayziyanın xarici işlər naziri
Anifah Amanın ölkəmizə səfərinin ikitərəfli
əlaqələrin inkişafı ilə bağlı məsələlərin
müzakirəsi üçün yaxşı fürsət
yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimiz
arasında siyasi əlaqələrin səviyyəsindən
razılıq edən Prezident İlham Əliyev bu əlaqələrin
iqtisadi sahədə də inkişaf etdirilməsi
üçün yaxşı imkanların olduğunu dedi.
Malayziyanın
xarici işlər naziri Anifah Aman Baş nazir Dato Sri Mohd Najibin
salamlarını və ən xoş arzularını dövlət
başçısına çatdırdı. O, səfəri
çərçivəsində paytaxtımızda gedən
böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.
Dövlət
başçısı Malayziyanın Baş naziri Dato Sri Mohd
Najibin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Malayziyanın Baş nazirinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 12 iyun.- S.1.