Filippin
Respublikasının Prezidenti zati-aliləri cənab III Beniqno
Akinoya
Hörmətli
cənab Prezident!
Filippin
Respublikasının milli bayramı - Müstəqillik
Günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı Azərbaycan xalqı
adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
İnanıram
ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı bundan sonra da
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram
günündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Filippin xalqına daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 6 iyun 2013-cü il
Azərbaycan.-2013.- 12 iyun.- S.1.