Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi Daxili
Qoşunlarının Ali Hərbi Məktəbinin
Nizamnaməsi»ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə 689) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi"nə
aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə
edilsin:
"5.1-1.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
qəbul planı barədə təkliflərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan
Respublikasının Nazirlər Kabineti isə qəbul planı
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyaya təqdim edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyun
2013-cü il
Azərbaycan.-2013.- 12 iyun.- S.2.