Azərbaycan Diplomatik Akademiyası ilə Banqladeş Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır

 

İyunun 11-də Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Banqladeş Diplomatik Akademiyası arasında əməkdaşlıq münasibətlərinin qurulması haqqında Anlaşma Memorandumu imzalanmışdır.

ADA-nın  kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, imzalama mərasimi Banqladeş Xalq Respublikasının xarici işlər naziri xanım Dipu Moninin ADA rektoru Hafiz Paşayevlə görüşü zamanı olmuşdur.

Xanım Dipu Moni səfir Hafiz Paşayev sənədə imza ataraq xarici siyasət kadrlarının birgə hazırlanması üzrə əməkdaşlıq edəcəkləri niyyətini təsdiqləmişlər.

Memoranduma əsasən, tərəflər növbəti beş il ərzində Azərbaycan Banqladeş üçün mühüm olan sahələr, o cümlədən beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar çərçivəsində , konsulluq işləri bölgə siyasəti üzrə mütəxəssislərin təlimi təkmilləşdirilməsi üzrə tərəfdaşlıq quracaqlar. Bu, tələbə, müəllim, alim diplomatların mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması nəşrlərin buraxılması, elmi ədəbiyyat mübadiləsi vasitəsi ilə aparılacaqdır.

Görüşdə Banqladeşin xarici işlər naziri Dipu Moniyə ADA-da təhsil alan xarici tələbələr burada onlar üçün nəzərdə tutulan beynəlxalq təqaüd proqramı barədə ətraflı məlumat verilmişdir.

Tərəflər ADA-da təklif edilən bakalavr və magistr proqramlarına Banqladeş tələbələrinin də cəlb olunması üçün səy göstərəcəklərini bildirmişlər.

 

Azərbaycan.-2013.- 12 iyun.- S.10.