Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin
baş prokurorunu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də
Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul
etmişdir.
Cənab
Hesen Erbil Baş nazir Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Türkiyə Respublikasının baş prokuroru Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Dövlət
başçısı Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Baş nazirə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 13
iyun.- S.1.