2013-cü il aprelin 25-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiLatviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində Saziş»in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il aprelin 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiLatviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,             

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 13 iyun.- S.1.