AŞ PA Monitorinq Komitəsinin
Azərbaycan üzrə həmməruzəçiləri Daxili İşlər Nazirliyində olmuşlar
İyunun 12-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir rəhbərlik etdiyi qurumun əsas funksiyaları və fəaliyyət istiqamətləri barədə məlumat vermiş, ümumilikdə əməliyyat şəraitinin və kriminogen durumun nəzarətdə olduğunu bildirmişdir.
Nazir
ölkəmizdə insan hüquqlarının müdafiəsi
üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin
tam yerinə yetirilməsi məqsədi ilə DİN-də
xüsusi tədbirlər planlarının hazırlanaraq icraya
yönəldiyini xatırlatmışdır.
Qeyd
olunmuşdur ki, daxili işlər orqanları əməkdaşlarının
peşəkarlığının daha da
artırılması, beynəlxalq təcrübənin öyrənilməsi
istiqamətində görülən işlər sistemli şəkildə
həyata keçirilir. Bu məqsədlə son dörd ildə
1500-ə yaxın əməkdaşımız Avropa
Şurası, ATƏT və digər beynəlxalq təşkilatların
xətti ilə keçirilən müxtəlif treninqlərdə
və seminar-müşavirələrdə iştirak
etmişdir. Eyni zamanda, hüquqazidd əməllərə
qarşı təxirəsalınmaz operativ tədbirlərin
görülməsi, əhalinin təhlükəsizliyinin
qorunması, hüquq qaydasına riayət edilməsinə
videonəzarətin həyata keçirilməsi, fasiləsiz və
canlı izlənilməsi, fövqəladə vəziyyətlərə
çevik reaksiya verilməsi funksiyalarının yerinə
yetirilməsi baxımından "102 xidməti", Təhlükəsiz
Şəhər Avtomatik İdarəetmə Sisteminin
yaradılması və fəaliyyəti insan hüquq və
azadlıqlarının daha yüksək səviyyədə
qorunmasına xidmət edir. Həmçinin "Qaynar xətt",
elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin
səmərəli təşkilində, daxil olan müraciətlərin
nəzarətə götürülərək operativ həllində
böyük rol oynayır.
Kütləvi
informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin
genişləndirilməsi işinin də daim diqqətdə
saxlanıldığını bildirən Ramil Usubov polis əməkdaşları
tərəfindən insan və vətəndaş hüquq və
azadlıqlarının pozulması barədə vətəndaşlardan,
QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin
xüsusi diqqət yetirdiyini, həmin müraciətlərin
operativ və obyektiv şəkildə
araşdırıldığını, nəticələrinə
uyğun ciddi ölçülər
götürüldüyünü nəzərə
çatdırmışdır. Beynəlxalq normalara və
standartlara cavab verən şəraitin yaradılması,
saxlanılan şəxslərin hüquqlarının təmin
olunması məqsədi ilə 2000-ci ildən indiyədək
respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni
müvəqqəti saxlama yerlərinin inşa olunması, 51-də
əsaslı təmir işlərinin aparılması
vurğulanmışdır.
Nazir
demişdir ki, beynəlxalq təşkilatların Bakıda yerləşən
nümayəndəlikləri, habelə Ombudsman Aparatı və
digər QHT-lər tərəfindən müntəzəm
olaraq müvəqqəti saxlama yerlərində monitorinqlər
keçirilir, aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılması
üçün zəruri tədbirlər görülür.
Görüşdə
daxili işlər orqanlarında gender bərabərliyinə də
xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr
və digər sahələrdə 1935 qadın əməkdaşın
çalışdığı, məişət
zorakılığı zəminində törədilən
cinayətlərə, o cümlədən korrupsiya
hüquqpozmalarına qarşı təsirli tədbirlərin
görüldüyü qonaqların nəzərinə
çatdırılmışdır.
Həmməruzəçilər
səmimi görüşə, insan hüquq və
azadlıqlarının qorunması sahəsində
görülən işlər barədə verdiyi geniş məlumata
görə nazir Ramil Usubova minnətdarlıqlarını
bildirmişlər.
Görüşdə
bir sıra digər məsələlər də müzakirə
olunmuşdur.
Daxili
işlər naziri qonaqları maraqlandıran sualları ətraflı
cavablandırmışdır.
Azərbaycan.-2013.- 13
iyun.- S.3.