Antonius BROEK: Azərbaycan BMT və onun qurumları ilə çox
sıx əməkdaşlıq edir
Azərbaycan BMT və onun qurumları ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq daha da güclənəcək və inkişaf edəcəkdir.
Bu sözləri BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek AzərTAc-a məxsusi müsahibəsində söyləmişdir.
- Azərbaycanın BMT ilə əlaqələrinin mövcud vəziyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Ölkənizin BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsi məmnunluq doğurur. Məlumdur ki, Azərbaycan 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Mən bunu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından Azərbaycan üçün bir şans kimi dəyərləndirirəm.
Azərbaycanda sürətli inkişaf prosesi gedir. Ölkənizə təyin edildiyim qısa müddət ərzində bu inkişafın şahidi oldum. Xüsusilə Azərbaycanın iqtisadiyyatı yüksək
sürətlə inkişaf
edir. Azərbaycan
öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə
ölkənin müasir
norma və
standartlara uyğun inkişafını əsas
üstünlük hesab
edir. Bu prosesin
mühüm tərkib
hissəsi kimi demokratiyanın inkişafı,
qərarların qəbulunda
və siyasi müzakirələr prosesində
ictimaiyyətin fəal
iştirakı məsələlərini
qeyd etmək olar. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya,
liberallaşma və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir.
Mən əlaqələrimizin gələcəkdə
yeni istiqamətdə daha da genişləndirilməsi
üçün əlimdən
gələni əsirgəməyəcəyəm.
- Avropanın enerji təhlükəsizliyinin təminində
Azərbaycanın rolunu
necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropanın
enerji təhlükəsizliyinə
mühüm töhfələr
verir. Bu, gələcək
üçün vacib
amildir. Azərbaycan dünyanın bir
çox ölkəsinə
ixrac oluna biləcək zəngin neft və qaz
yataqlarına malikdir.
Avropanın enerji marşrutlarının
şaxələndirilməsinə ehtiyacı vardır.
Regionda Azərbaycanın təşəbbüsü
ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, regionun davamlı inkişafına
da şərait yaradır. Bununla Azərbaycan regionda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə nail olacaqdır.
- BMT-nin Azərbaycanda
həyata keçirəcəyi
proqramlar bərədə
nə deyə bilərsiniz?
- BMT Azərbaycanda bir sıra layihələr həyata keçirməyi
planlaşdırır. Elmi dairələrlə
fikir mübadiləsinin
aparılması bu sahədə biliklərin ortaya çıxarılmasında
mühüm rol oynayır. 2015-ci ildən sonrakı dövrdə inkişafın
gündəliyinə qlobal
iqlim dəyişiklikləri,
ərzaq təhlükəsizliyi,
ətraf mühitin deqradasiyası, səhiyyə
riskləri kimi həyati əhəmiyyətli
problemlərin də daxil edilməsi müzakirələrdə əksini
tapmışdır. Bu,
ilk növbədə yoxsulluğun
kəskin azaldılması,
insanların rifahının
əhəmiyyətli dərəcədə
yüksəldilməsi, müasirləşdirilmiş
təhsil və səhiyyə müəssisələrinin
yaradılması məqsədlərini
daşımalıdır. Biz Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə informasiya-kommunikasiya texnologiyaları
strategiyasının daha
geniş yayılması
istiqamətində işlərimizi
davam etdiririk. Bundan başqa, UNİCEF uşaqlarla
bağlı layihələr
həyata keçirir.
Azərbaycan bu problemlərin
həlli ilə indidən ciddi məşğuldur. Böyük
uğurlara nail olmuşdur.
Azərbaycan kimi iqtisadiyyatı
gündən-günə güclənən
ölkələrdə təhsil,
səhiyyə və digər sahələrdə
keyfiyyətin artırılması
mühüm addımlardan
biridir.
- "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasını
qəbul etmişdir. İstərdik ki, bu barədə
fikirlərinizi bölüşəsiniz.
- "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası
ən vacib və uzunmüddətli proqramlardan biridir. Bu proqramı reallaşdırmaq
üçün Azərbaycanda
möhkəm baza yaradılmışdır. Son illərdə Azərbaycanda
sosial problemlərin səmərəli həllində
böyük irəliləyişlərə
nail olunmuş, əhalinin
sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun surətdə yenidən qurulmuşdur. Bu konsepsiya ölkənin
çox mühüm hədəflərə çatmaq
niyyətini əks etdirir. Hazırda Azərbaycanda vətəndaş
cəmiyyəti coşqun
inkişaf dövrünü
yaşayır. Azərbaycanda
insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat,
sosial məsələlər,
ekologiya, gender və digər sahələrə
aid bir sıra qurumlar fəaliyyət göstərməkdədir. Dövlət səviyyəsində qəbul
edilən proqramlar, konsepsiya və strategiya xarakterli sənədlər, onların
əməli icrası
bu siyasətin reallaşdırılması mexanizmi
kimi vacib əhəmiyyət kəsb
edir. Hazırda bir sıra dövlət proqramı, strategiya və konsepsiya ölkənin ictimai həyatının bütün sahələrinin
inkişaf etdirilməsində
mühüm əhəmiyyətə
malikdir. Bu, həmçinin 2015-ci ildən
sonrakı dövr üçün prioritetlərin
müəyyənləşdirilməsinə
də töhfəsini
verəcəkdir. Hazırda
bütün dünya diqqətini Minilliyin İnkişaf Məqsədlərinə
nail olmağa yönəltməlidir.
Biz bu müzakirələri
vətəndaş cəmiyyətlərinin,
özəl sektorun, qadınların, qaçqınların və
məcburi köçkünlərin
nümayəndələri ilə
apardığımız dialoqlarda
əslində necə
dünya qurmaq istədiyimizi diqqətə
çatdırmaq marağındayıq.
- Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Bu, bir həqiqətdir ki, minlərlə insan münaqişədən
əziyyət çəkir.
Bildiyiniz
kimi, BMT-nin Təhlükəsizlik Şurası
Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
işğal olunmuş
ərazilərindən dərhal
çıxarılmasını tələb edən qətnamələr qəbul
etmişdir, lakin bu sənədlərə hələ də əməl olunmur. Münaqişə beynəlxalq
hüququn norma
və prinsipləri çərçivəsində həll olunmalıdır. BMT münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
BMT həmçinin istənilən ölkə
ilə dostluq münasibətlərinin qurulması
və inkişafında
maraqlıdır. Ümid edirəm
ki, ATƏT-in Minsk qrupu
və problemin həlli istiqamətində
danışıqlara cəlb
olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar.
BMT olaraq bizim
əsas məqsədimiz
regionda sülh və sabitliyin təmin olunmasıdır.
- Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında ikitərəfli əməkdaşlığın
gündəliyində hansı
əsas məsələlər
vardır?
- Biz
Azərbaycan ilə gələcəkdə də elektron idarəetmə,
İKT, qadınlara və uşaqlara qayğının
artırılması sahələrində əməkdaşlığımızı
davam etdirmək niyyətindəyik. Gündəlikdə bu sahələrdə
sazişlərin imzalanması vardır. Azərbaycanın Əfqanıstana
yardım məsələsinə dəstəyini yüksək
qiymətləndiririk. Azərbaycanın bu
kimi addımları
alqışlanmalıdır.
Azərbaycan.- 2013.- 13
iyun.- S. 9.