Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq  qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 274, ¹ 12, I kitab, maddə 680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr 576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə 457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə 592; 2011, ¹ 3, maddə 163; 2012, ¹ 5, maddə 409) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.2-ci maddəyə aşağıdakı məzmunda 2-ci cümlə əlavə edilsin:

"Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüznya günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa gününə təyin edilir.".

2. 211.4-cü maddədə "qalarsa," sözündən sonra "bu məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə" sözləri əlavə edilsin.

3. Məcəlləyə aşağıdakı məzmunda 211.5-ci maddə əlavə edilsin:

"211.5. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.".

4. 243-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"243.0. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir:

243.0.1. Bu məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda;

243.0.2. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda.".

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 14 iyun.- S.1.