Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,
¹ 8, I kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779,
¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692,
¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008,
¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr, 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53,
¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246 və 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9, maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, ¹ 1, maddələr 12, 13, 23, ¹ 2, maddə 100; Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 563-IVQD və 5 aprel tarixli 594-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 126-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 126. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
126.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:
126.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;
126.1.2. ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;
126.1.3. baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə;
126.1.4. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;
126.1.5. ev heyvanının baytarlıq uçotuna alınmadan saxlanılmasına;
126.1.6. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
126.1.7. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
126.1.8. ev heyvanlarının insanların üzərinə saldırılmasına;
126.1.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;
126.1.10.
qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının
xarici görkəmini dəyişdirmək və ya digər
qeyri müalicəvi məqsədlə cərrahi əməliyyatların
(qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və
dişlərin çıxarılması) aparılmasına;
126.1.11.
ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən
ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada nəzərdə tutulmuş
qayğıların göstərilməməsinə görə
-
- iki
yüz manat miqdarında cərimə edilir.
126.2.
Bu məcəllənin 126.1-ci maddəsində nəzərdə
tutulmuş xətaların il ərzində həmin maddə
üzrə inzibati tənbeh almış şəxs tərəfindən
təkrar törədilməsinə görə -
-
üç yüz manat miqdarında cərimə edilir.
126.3.
Bu məcəllənin 126.1-ci maddəsində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkən
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər
çəkən şəxsə maddi zərər
vurulmasına görə -
- min manat miqdarında
cərimə edilir.
Qeyd. Bu məcəllənin
126.3-cü maddəsi, həmin
maddədə göstərilən
əməllər Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin müvafiq
maddələrinə əsasən
cinayət məsuliyyətinə
səbəb olmadıqda
tətbiq edilir.";
2. 129.1-ci
maddənin sanksiyasında
"iyirmi beş
manatdan qırx beş manatadək miqdarda" sözləri
"beş yüz manat miqdarında" sözləri ilə əvəz edilsin;
3. 129.2-ci
maddənin sanksiyasında
"iyirmi manatdan otuz beş
manatadək miqdarda"
sözləri "üç
yüz manat miqdarında" sözləri
ilə əvəz edilsin;
4. 360.1-ci
maddədə "123-1," rəqəmlərindən sonra
"126.3," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2013-cü il
Azərbaycan.-2013.- 14 iyun.- S.2.