«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının keçmiş Prezidentinin onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə 19) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.1.12-ci maddə əlavə edilsin:

"4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət.";

2. aşağıdakı məzmunda 7.0.10-2-ci maddə əlavə edilsin:

"7.0.10-2. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət - "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda;";

3.  8-ci maddə üzrə:

3.1. birinci cümlədə "müavinəti" sözündən sonra "və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət" sözləri əlavə edilsin;

3.2. ikinci cümlədə "Qanununa" sözündən sonra ", vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinətin məbləği isə "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa" sözləri əlavə edilsin;

4.  9-cu maddə üzrə:

4.1.  9.1-ci maddədə (9.1.1-9.1.9-cu maddələr istisna olmaqla) "müavinəti" sözündən sonra "və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət" sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 9.5-ci maddə əlavə edilsin:

"9.5. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi müddəti "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.";

5.  10-cu maddə üzrə:

5.1.  10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.";

5.2.  10.6-cı maddədən "(və ya)" sözləri çıxarılsın;

6.  11.2-ci maddədə "müavinətlərin" sözündən əvvəl ", habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda" sözləri əlavə edilsin;

7.  13-cü maddədə "qanunvericiliyində" sözü "qanunları ilə" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il

 

Azərbaycan.-2013.- 14 iyun.- S.3.