«Əmək pensiyaları haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 31 may tarixli 666-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2013-cü il 31 may tarixli 666-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyun
2013-cü il
Azərbaycan.-2013.- 14 iyun.- S.1.