«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (texnologiyalar parklarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3.
Müəyyən edilsin ki:
3.1.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
13.2.52-ci, 13.2.53-cü maddələrində və 67-1.3-cü
maddəsinin birinci cümləsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
3.2.
həmin məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində
(sənaye parklarına münasibətdə) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 iyun 2013-cü il
Azərbaycan.-2013.- 14 iyun.- S.2.