Milli Məclisin Sosial
siyasət komitəsinin iclası keçirilmişdir
Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir. İclasda
"Sosial sığorta haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi
məsələsi müzakirə olunmuşdur.
Qanun
layihəsinə ediləcək dəyişikliklərlə
bağlı məlumat verən Sosial siyasət komitəsinin sədri
Hadi Rəcəbli demişdir ki, burada əsas məqsəd
pensiyaların sistemli şəkildə ödənilməsinə
nail olmaqdır. Məcburi dövlət sosial sığorta
haqqı əmək ödənişinə nisbətdə
faizlə müəyyən edilir və sığorta edənin
vəsaitləri hesabına ödənilir.
Daha sonra "Sosial sığorta
haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi
məsələsinə baxılmış, rəy və təkliflər
verilmişdir. Bildirilmişdir ki, notariat sahəsində
aparılan islahatlar nəticəsində hazırda ölkədə
dövlət notariusları ilə yanaşı, xüsusi
notariuslar da fəaliyyət göstərir.
Bildirilmişdir ki, xüsusi notariuslar notariat hərəkətlərin aparılması üçün müəyyənləşdirilən dövlət rüsumu miqdarında tutduğu haqdan və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan haqdan texniki heyətin əmək haqqının ödənilməsi, icarə haqqı, maddi-texniki təminat üçün zəruri xərclər çıxıldıqdan sonra sərəncamdan qalan pul vəsaitindən vergi, peşə məsuliyyətinin sığortası və dövlət sosial sığortası üzrə qanunvericiliklə müəyyən edilən vəsaiti və digər məcburi ödəmələri verməlidir. Göstərilənlərlə əlaqədar müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının xüsusi notariusun gəlirinin iyirmi faizi miqdarında ödənilməsi deyil, daha stabil dərəcəsinin müəyyən edilməsi məqsədəuyğundur.
Müzakirələrdən
sonra qanun layihəsinə komitə daxilində yenidən
baxılması qərara alınmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 14 iyun.- S.3.