Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir

 

İyunun 13-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropa Şurası üzv dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq Komitəsinin) həmməruzəçiləri Pedro Aqramunt Font de MoraCozef Debono Qrex ilə görüşmüşdür.

O. Əsədov qonaqları səmimi salamlayaraq AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirmiş, ölkəmizin bu nüfuzlu beynəlxalq qurumla əlaqələrin inkişafına daim mühüm əhəmiyyət verdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan AŞ PA qarşısında üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmişdir.

Səmimi görüşə görə minnətdarlığını bildirən qonaq Pedro Aqramunt Font de Mora AŞ PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində səylər göstərəcəyini vurğulamışdır.

Qonaqlar diqqətə çatdırmışlar ki, Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir və AŞ PA Azərbaycan ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 iyun.- S.3.