Bakıda Azərbaycan-Belçika-Niderland
biznes forumu keçirilmişdir
Belçikanın
Lommel və Niderlandın Bergeijk şəhərlərindən
biznes nümayəndə heyətlərinin ölkəmizə
səfəri çərçivəsində iyunun 13-də
Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu
keçirilmişdir.
İqtisadi
İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə
keçirilmiş tədbirdə sənaye, mühəndislik,
külək, biokütlə və bioqazdan enerji istehsalı,
günəş panelləri üçün şüşə,
suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə
fəaliyyət göstərən şirkətlərin
nümayəndələri iştirak etmişlər.
İqtisadi
inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə
Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin
uğurla inkişaf etdiyini, bu baxımdan Belçika və
Niderland krallıqları ilə əməkdaşlığın
genişləndirilməsinə böyük önəm
verildiyini diqqətə çatdırmışdır. Nazir
müavini hər iki ölkə ilə siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu, bu münasibətlərin
qarşılıqlı dostluq və tərəfdaşlıq
prinsiplərinə əsaslandığını
vurğulamışdır. N.Səfərov biznes forumların,
işgüzar görüşlərin və sahibkarların
iştirakı ilə keçirilən digər tədbirlərin
iqtisadi münasibətlərin inkişafında mühüm
rol oynadığını qeyd etmiş, Belçika və
Niderland iş adamlarının Azərbaycana səfəri
çərçivəsində keçirilən üçtərəfli
biznes forumun ölkələr arasında iqtisadi əlaqələrin
inkişafına töhfəsini verəcəyini
bildirmişdir.
Azərbaycan
iqtisadiyyatı barədə məlumat verən N.Səfərov
ölkənin siyasi və makroiqtisadi baxımdan sabit,
davamlı və dayanıqlı inkişafa malik, Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında
etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat
layihələrinin iştirakçısı olduğunu
xüsusi vurğulamışdır.
Belçikanın
Lommel şəhərinin meri Peter Vanvelthoven Lommel şəhərində
iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı
istiqamətində həyata keçirilən tədbirlər
barədə təqdimatla çıxış etmişdir.
Niderlandın
Bergeijk şəhərinin meri Driek Van de Vondervort rəhbərlik
etdiyi şəhərin əsas iqtisadi sahələri barədə
məlumat vermiş, azərbaycanlı sahibkarları Bergeijkin
iş adamları ilə fəal əməkdaşlığa dəvət
etmişdir.
Belçikanın
ölkəmizdəki səfirliyinin müvəqqəti işlər
vəkili Peter Booms Azərbaycan ilə Belçika arasında əməkdaşlığın
daha da genişləndirilməsinin perspektivləri barədə
danışmışdır.
Niderlandın
Azərbaycandakı səfirinin müavini xanım Özlem
Canel təmsil etdiyi dövlətin ölkəmizlə əlaqələrin
daha da genişləndirilməsində maraqlı olduğunu,
qarşılıqlı faydalı əməkdaşlığın
daha da inkişaf edəcəyinə əminliyini
vurğulamış, bunun üçün hər iki ölkənin
böyük potensiala malik olduğunu qeyd etmişdir.
AZPROMO-nun
rəhbəri Rüfət Məmmədov Azərbaycanın
biznes və investisiya mühitinə dair təqdimatla
çıxış etmişdir.
Biznes
forum iş adamları arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 14 iyun.- S.9.