Kiyevdə «ABC: Ukraine & Partners» Birinci Beynəlxalq biznes-konfrans işə başlamışdır

 

İyunun 13-də Kiyevdə, "Olimpiyski" Milli İdman Kompleksində "ABC: Ukraine&Partners" Birinci Beynəlxalq biznes-konfrans işə başlamışdır. Bu tədbir Ukrayna Nazirlər Kabinetinin üzvlərinin, müxtəlif ölkələrin hökumət başçılarının, beynəlxalq iqtisadi təşkilatların rəhbərlərinin, Ukraynanın tərəfdaşları olan ölkələrin nazirlərinin, aparıcı investisiya, maliyyə-bank biznes təşkilatlarının top-menecerlərinin, ticarət-sənaye palatalarının, assosiasiyaların başçılarının iştirakı ilə keçirilən yüksək səviyyəli forumdur.

İkigünlük konfransda Azərbaycanı sənaye energetika naziri Natiq Əliyev təmsil edir. O, məruzə ilə çıxış edəcək, panel diskussiyalarında, "dəyirmi masa"nın işində iştirak edəcək, bir sıra ikitərəfli görüşlər keçirəcəkdir.

Forum iştirakçılarının Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına böyük marağını nəzərə alaraq, bu gün axşam maraqlı müzakirələr, o cümlədən "Ukraynanın yanacaq-energetika kompleksi: inkişaf modernləşmə perspektivləri" mövzusunda panel diskussiyası gözlənilir. Diskussiyada nazir Natiq Əliyev, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukraynanın energetika kömür sənayesi naziri Eduard Stavitski, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger (foruma gələcəyi gözlənilir), Ukraynanın ekologiya təbii sərvətlər naziri Oleq Proskuryakov başqaları iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycanın sənaye energetika naziri Natiq Əliyev iyunun 12-də Ukraynanın energetika kömür sənayesi naziri Eduard Stavitski ilə görüşmüşdür.

Tərəflər Azərbaycan ilə Ukraynanın energetika sahəsində əməkdaşlığı məsələlərini müzakirə etmişlər.

Bu gün axşam Ukraynanın Baş naziri Nikolay Azarov adından təntənəli qəbul olacaqdır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc -ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan.-2013.- 14 iyun.- S.9.