Siyasi nəzarətdən kənarda
qalmış Dağlıq Qarabağın ərazisi bütün
dünya üçün terror və
qaçaqmalçılıq məkanı kimi böyük təhlükə
mənbəyidir
Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları
ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində
hazırlanan narkotik vasitələri
İrandan gətirən 12
nəfəri ifşa etmişlər. Bu, cəmiyyətə və
beynəlxalq aləmə mənfi mesaj verir. Belə mənfi
hallar bir daha sübut edir ki, hazırda Ermənistan
işğal olunmuş ərazilərdə narkotik vasitələrin
qaçaqmalçılığına geniş meydan verməklə
regionda siyasi və milli təhlükəsizliyi zərbə
altında qoyur. Dağlıq Qarabağ ərazisi siyasi nəzarətdən
kənarda qalmaqla nəinki Azərbaycan, həm də dünya
dövlətləri üçün terror və
qaçaqmalçılıq məkanı kimi ciddi təhlükə törədir. Ermənistan
hökuməti bu münaqişənin
həllində maraqlı olmamasını əməli fəaliyyəti ilə bir daha
sübut edir.
Bu
sözləri Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının (AGAT) sədri
Gülsel Səfərova AzərTAc-a müsahibəsində
demişdir.
Onun
sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın
tərəfində olsa da, regiondakı bugünkü mövcud
vəziyyət gəncləri qane etmir. Ona görə də Azərbaycan
gəncləri region üçün təhlükə törədən
işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən
dərhal cıxarılmasını beynəlxalq qurumların
Ermənistan hökumətindən tələb etməsini istəyirlər.
G.Səfərova
demişdir: "Bütün dövrlərdə sülh,
tolerantlıq və ümumbəşəri ideyaları təbliğ
edən Azərbaycan bu missiyanı bu gün çox uğurla
həyata keçirir. Ölkəmiz regionun ən böyük
iqtisadi, siyasi və mədəni layihələrinə ev
sahibliyi edir. Belə olan halda beynəlxalq təşkilatlar və ölkəmizin tərəfdaşları
fikirlərini açıq şəkildə bildirməli və
Ermənistan hökumətinin təcavüzkar əməllərini
qətiyyətlə pisləməli, işğalçı
qüvvələrin Azərbaycan ərazilərindən
qeyd-şərtsiz
çıxarılmasını tələb etməlidirlər".
AzərTAc
Azərbaycan.-2013.- 14 iyun.- S.10.