Bakıda 12-ci Beynəlxalq nəqliyyat, tranzitlogistika, 3-cü Xəzər Beynəlxalq yol infrastrukturuictimai nəqliyyat sərgiləri işə başlamışdır

 

İyunun 13-də Bakı Sərgi Mərkəzində 12-ci Beynəlxalq nəqliyyat, tranzitlogistika ("TransCaspian"), həmçinin 3-cü Xəzər Beynəlxalq yol infrastrukturuictimai nəqliyyat ("Road and Traffic") sərgiləri işə başlamışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov və sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycanın dinamik iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin respublikada rəhbərliyə ikinci dəfə qayıdışı dövrünə təsadüf edir. Məhz həmin illərdə ölkədə iqtisadiyyatın bütün sahələrində dirçəliş baş vermiş, ictimai-siyasi sabitlik bərpa olunmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin yol-nəqliyyat infrastrukturu da bu nailiyyətlər fonunda özünün inkişaf dövrünü yaşayır. Beynəlxalq nəqliyyat qovşaqlarının üzərində yerləşən Azərbaycan daşımaçılıq sahəsində mühüm beynəlxalq tərəfdaşdır. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılması isə bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Diqqətə çatdırılmışdır ki, sərgidə dünyanın 19 ölkəsindən 100-dən çox şirkət iştirak edir. Regionda ən əhəmiyyətli nəqliyyat forumu olan bu sərgilər Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına, nəqliyyat mütəxəssisləri arasında məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verəcəkdir. Burada dəmir yolu nəqliyyatı, avtomobil yolu ilə daşımalar, habelə dəniz daşımaları, limanlarneftin nəqli kimi sektorlar geniş şəkildə təqdim olunur. Sərgi həmçinin işgüzar danışıqların aparılmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına, bölgə infrastrukturunun gələcək inkişafı üçün münbit şəraitin yaradılmasına, satış bazarlarının genişləndirilməsinə və birgə müəssisələrin təsis olunmasına, habelə ölkənin yol-tikinti bazarında sərmayə layihələrinin, müasir texnika və avadanlığın daha geniş istifadəsinin təşviqinə kömək göstərəcəkdir.

Sərgilərin təşkilatçısı tərəfindən nəqliyyat nazirinin müavini Musa Pənahova sertifikat təqdim olunmuşdur.

Sonra sərgilərin açılışını bildirən rəmzi lent kəsilmişdir.

Stendlərlə tanışlıq zamanı bildirilmişdir ki, Azərbaycanda infrastrukturun inkişafına şərait yaradantranzit yüklərin Azərbaycan ərazisindən ötürülməsi imkanlarının nümayişinə xidmət edən "TransCaspian" sərgisi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur. Təsis edildiyi vaxtdan bəri "TransCaspian" sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə sıx əməkdaşlıq edir. Sərgiyə, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstək göstərilir.

Bu il sərgi ötən illə müqayisədə ekspozisiya meydançasını 20 faiz genişləndirmişdir və iştirakçıların təxminən 40 faizi "TransCaspian" sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edirlər. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50 faizini təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, FransaÇex Respublikasından olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə, həmçinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi ölkəmizin dövlət nəqliyyat strukturları da iştirak edirlər.

Hazırda Azərbaycanın nəqliyyat sektorunda bir çox yeni layihələr həyata keçirilir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir  yolu xətti, yeni aerovağzal, Ələt qəsəbəsində isə yeni beynəlxalq dəniz limanının tikintisiyeni gəmiqayırma zavodunun inşası kimi layihələri xüsusilə qeyd etmək olar. Bu layihələr ölkənin artan potensialına və Azərbaycanın getdikcə güclənməsinə dəlalət edir. Bütün bu perspektivli istiqamətlər builki sərginin ekspozisiyasında öz əksini tapır. Dəmir yoluavtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlarliman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiyamonitorinq sistemləri kimi bölmələr "TransCaspian-2013" sərgisində geniş şəkildə təqdim olunur. Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edirlər. Bu il müsbət dinamika nümayiş etdirən "Gəmiqayırma və gəmilərin təmiri" bölməsi isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunur.

Beləliklə, "TransCaspian" sərgisi ölkə üçün mühüm strateji layihə olaraq təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlərin keçirilməsi və yeni işgüzar əlaqələrin yaradılması üçün nadir imkan yaradır.

Builki "Road and Traffic" sərgisi isə iştirakçıların coğrafiyasını genişləndirərək 62 şirkəti əhatə edir. Yunanıstan, İtaliyaSinqapurdan olan şirkətlər sərgidə ilk dəfə təmsil olunurlar. Ümumilikdə isə sərginin ərazisi ötən illə müqayisədə 20 faiz artmışdır. Bu il debütantların sayı da artaraq sərginin ümumi meydançasının 30 faizini təşkil etmişdir. Sərgidə kommersiya təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturları olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti, "Azəryolservis" ASC, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Metropoliteni kimi qurumlar da iştirak edirlər. İştirakçıların 60 faizdən çoxu sərginin mövzusunu əhatə edən ən müxtəlif sahələr üzrə innovasiyalı avadanlıq və texnologiyaları təqdim edirlər.

"Road and Traffic - 2013" sərgisi yol infrastrukturunun Azərbaycan üçün ən aktual bölmələrini ehtiva edən tematik ekspozisiyaları özündə birləşdirir. Hazırda ölkədə köhnə avtomobil yollarının müasirləşdirilməsi və bərpası, habelə yeni yollar, piyada keçidləri və körpülərin inşası üzrə fəal işlərin görülməsi ilə əlaqədar sərgidə Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastrukturservis xidmətləri nümayiş etdirilir.

Paytaxtda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması və müasirləşdirilməsi sahəsində işlər də davam etdirilir, ictimai nəqliyyatda yeni gediş haqqı sistemləri və bu kartların sifarişis. xidmətlərin tətbiqi planlaşdırılır. Bütün bunlar sərginin "Nəqliyyat sahəsində informasiya texnologiyaları" bölməsində təqdim olunur. "İctimai nəqliyyat" bölməsi də diqqətdən kənarda qalmamışdır. Bakıda 1200 yeni avtobus və 2000 taksiyə ehtiyac vardır və bu ehtiyacın 2015-ci ildə Azərbaycanda Avropa Oyunları keçirilənədək necə təmin olunacağı "İctimai nəqliyyat" bölməsində əks etdiriləcəkdir. Paytaxt sakinləri tərəfindən ən çox istifadə edilən ictimai nəqliyyat vasitəsi - əsaslı dəyişikliklərə məruz qalan metro da bu bölmədə təqdim olunur. 2016-cı ilədək Bakı Metropolitenində 5 yeni stansiyanın istifadəyə verilməsi, eləcə də vaqonların yenilənməsi planlaşdırılır. Bununla əlaqədar sərgidə həm metrotunel tikintisi üçün avadanlıq və texnologiyalarla, həm də vaqonqayırma, metroonun intellektual təchizatı üçün avadanlıqlarla tanış olmaq mümkündür.

Beləliklə, ölkənin nəqliyyat sahəsinin inkişaf etdiyi bir dövrdə "TransCaspian-2013" və "Road and Traffic-2013" sərgiləri işgüzar danışıqların aparılması və qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün ən münasib məkandır. Region infrastrukturunun gələcək inkişafı üçün münbit şəraitin yaradılması, birgə müəssisələrin qurulması və ölkə bazarında investisiya layihələrinin, habelə texnologiya və avadanlıqların təşviqinə xidmət edən sərgilər iyunun 15-də öz işini yekunlaşdıracaqdır.

 

Azərbaycan.-2013.- 14 iyun.- S.11.