«Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında» Sazişə düzəlişlərin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişə Qara Dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının 2011-ci il 19 iyun tarixli 131 nömrəli Qətnaməsi ilə qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 may 2013-cü il

 

Azərbaycan.-2013.- 15 iyun.- S.2.