Yüksəlişin mübarəkdir, Azərbaycan!
Min illərdir yol gəlirsən.
Bu yollarda gör nə qədər
Hünər, zəfər, qüssə, kədər,
Yaxşı, yaman, daha nələr...
Sən görmüsən, Azərbaycan!
Sinə gərib hər möhnətə,
hər zülmə,
hər zəlalətə
Kərpic-kərpic, yarpaq-yarpaq
Boy atmısan, yüksəlmisən.
Arzuların indi sənin
çin olubdu.
Bu arzular
Günəş nurlu
Əməllərlə
yoğrulubdu.
İndi sənin
öz səsin var,
öz sözün var,
Ali-ali
kürsülərdən
Yalanlara,
böhtanlara
Doğru,
sərrast atəş açan
düz sözün
var.
Ay-ulduzlu
bayrağımız
dalğalanır
Neçə-neçə
ölkələrin, dövlətlərin
Bayraqları
sırasında.
Öz
qüruru, öz vüqarı, əzəməti
vardır onun
Dalğalanan
bu bayraqlar
arasında.
Göy Xəzərin
sahilində
Başı
dəyir, əli çatır
Karvan-karvan
ötüb keçən
buludlara.
Ucalıqda
tayı yoxdur,
Çata
bilmir dünyadakı
Bayraqların
biri ona.
Bu
bayrağı zirvələrdən
zirvələrə,
Zəfərlərdən
zəfərlərə
Qaldıracaq,
aparacaq,
Gör nə
qədər igidlərin,
ərənlərin
Vardır
sənin, Azərbaycan!
Hamımıza
əzizdən də
əziz olan
Doğma
Bakı gündən-günə,
aydan-aya,
ildən-ilə
Gör
necə də gözəlləşir!
Hara getsən,
hara baxsan,
Hər tərəfi
naxış-naxış
Xalça
kimi toxunubdur
gül-çiçəkdən.
Göz də
doymur gözoxşayan
Belə
ülvi gözəllikdən.
Binaların
sıra-sıra,
qatar-qatar...
Əl
uzatsa, ulduzlara
əli çatar.
Gündüzlərin
al-əlvandır
bahar kimi.
Gecələrin
çıraqbandır
səhər kimi.
Küçələrin
aşıb-daşır
gur çay kimi.
Uzaq-yaxın
qitələrdən, ölkələrdən
Gələnləri
heyran edir
bu mənzərə.
Onlar
deyir: "Biz vurulduq
Mavi Xəzər
qoynundakı
bu şəhərə".
Bəli,
bəli, hər tərəfdə
bir yüksəliş,
bir tərəqqi.
Bu
yüksəliş aşıb-keçib
Yerlə
göyün arasında
olan həddi.
Bu gün
artıq böyük-böyük
Ölkələrin
sırasında
Kosmosda da
öz yerimiz,
peykimiz var,
İllər
ilə görülən iş, salınan
bağ
İndi
artıq yetirir bar.
Dünəninə,
bu gününə
nəzər salıb
Oğlun,
qızın fərəhlənir,
dost sevinir.
Hər
birinin sinəsində
çırpınaraq
Pöhrələnən
neçə-neçə
arzu, istək,
dilək dinir.
Qaranlığa
işıq saçan
Xoş,
mehriban gözlər gülür.
Ağbənizli,
qaraxallı
üzlər
gülür.
Sevincindən
dilə gələn
Milyon-milyon
ürəklər də
belə deyir:
- Yüksəlişin mübarəkdir,
Azərbaycan!
Seyran CAVADOV
Azərbaycan.-2013.- 15 iyun.- S.12.