Pakistanın nüfuzlu
«Liberty» jurnalı: 15 iyun
1993-cü il tarixi Azərbaycanın
gələcəyini müəyyənləşdirmişdir
Pakistanın
nüfuzlu "Liberty" jurnalında "Azərbaycanın Qurtuluş
Günü " sərlövhəli məqalə dərc
edilmişdir.
Azərbaycanın
Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, yazıda ölkəmizin XX əsrin sonunda müstəqilliyinin
ilk illərindən başlayaraq böyük çətinliklər
və vətəndaş qarşıdurması ilə üzləşdiyi
qeyd olunmuşdur. Bu mürəkkəb günlərdə Azərbaycan
xalqının öz ümidlərini yalnız Heydər Əliyevə
bağladığı vurğulanmışdır. Məqalədə
ümummilli lider Heydər Əliyevin xalqın israrlı tələbi
ilə 1993-cü il iyunun 15-dən Azərbaycana rəhbərlik
etdiyi və həmin tarixin ölkədə Milli Qurtuluş
Günü kimi qeyd olunduğu vurğulanmışdır.
"Liberty"
jurnalı qeyd edir ki, müdrik şəxsiyyət Heydər Əliyev
demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu kursunu seçərək ölkədə
köklü iqtisadi və siyasi islahatlar aparmış, neft
strategiyasını müəyyənləşdirmişdir. Məqalədə
ulu öndərin Azərbaycanın Prezidenti olduğu illərdə
həyatın bütün sahələrində böyük
nailiyyətlər əldə edildiyi, dünya ölkələri
sırasında özünəməxsus yer tutmağa müvəffəq
olduğu bildirilmişdir.
Yazıda
ümummilli liderin parlaq gələcəkli Azərbaycan
yaratması ideyalarının onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi
vurğulanmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev
ideyalarına sadiq olan Prezident İlham Əliyev Azərbaycanın
beynəlxalq arenada imicini daha da möhkəmləndirmiş,
ölkədə irimiqyaslı iqtisadi layihələr həyata
keçirərək Azərbaycanı dünyada ən yüksək
templərlə inkişaf edən ölkələrdən biri
etmişdir.
Bildirilmişdir
ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin
xatirəsini daim əziz tutur, ümummilli liderin müəyyənləşdirdiyi
siyasi kursla inamla addımlayır.
Məqalədə
Heydər Əliyevin adını daşıyan və ölkənin
birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Fondun Azərbaycanda və xaricdə irimiqyaslı layihələr
həyata keçirdiyini qeyd edilmişdir.
"Liberty"
jurnalında dərc edilmiş məqalə "15 iyun
1993-cü il tarixi ölkənin gələcəyini müəyyənləşdirmiş
və daim xalqın gücünə arxalanan bir liderin - Heydər
Əliyevin adı ilə bağlıdır. Həmin tarix Azərbaycanın
mübarizlik və qurtuluş rəmzi kimi xalqın xatirəsində
əbədi yaşayacaqdır" sözləri ilə
yekunlaşmışdır.
Məqalənin
tam mətni ilə aşağıdakı linkdən oxumaq
mümkündür: http://libertyislamabad.com/Azerbaijan.html
Azərbaycan.-2013.- 15 iyun.- S.14.