Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının IV qurultayının
iştirakçılarına
Hörmətli
qurultay iştirakçıları!
Sizi
salamlayır və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının IV qurultayının işə
başlaması münasibətilə ürəkdən təbrik
edirəm.
1999-cu
ildə yaradılmış, özündə minlərlə
sahibkarları birləşdirən Konfederasiya son illərdə
daha da inkişaf edərək, ölkənin ictimai həyatında
öz layiqli yerini tutmuşdur.
Bu
gün Azərbaycanda dövlət - sahibkar münasibətlərini
tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir.
Ölkəmizdə ümumi daxili məhsulun həcmində
özəl sektorun payı 83 faizə
çatmışdır.
Sahibkarlığın
dəstəklənməsi dövlətimizin sosial-iqtisadi
inkişaf strategiyasının ən önəmli istiqamətlərindən
biridir. Zamanın tələblərinə uyğun olaraq
aparılan islahatlar, müxtəlif sahələri əhatə
edən dövlət proqramları və genişmiqyaslı
infrastruktur layihələri, biznes və investisiya mühitinin
davamlı olaraq yaxşılaşdırılması sahəsində
görülən ardıcıl işlər, özəl
sektorun inkişafına dövlət qayğısı nəticəsində
sahibkarların sayı sürətlə artır, ən
müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli
müəssisələr açılır, ölkə
iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın
iş adamları dünyanın bir çox ölkələrində
qarşılıqlı fayda əsasında işgüzar əlaqələr
quraraq uğurla fəaliyyət göstərirlər.
Hörmətli
qurultay iştirakçıları!
Cəmiyyətin
tərəqqisi qarşıya daim yeni vəzifələr qoyur.
Müasir dövrün inkişaf meyilləri sahibkarların məsuliyyətini
daha da artırır, zamanın
çağırışlarına hazır olmağı tələb
edir. Əminəm ki, qurultayın qərarları ölkənin
sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini
verəcəkdir.
Sizi
bir daha təbrik edir, işlərinizdə uğurlar
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 iyun
2013-cü il
Azərbaycan.-2013.- 19 iyun.- S.1.