«Azərbaycan Respublikası Hökuməti
və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş
daşımalar haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Monteneqro Hökuməti
arasında beynəlxalq kombinə edilmiş daşımalar
haqqında" 2013-cü il martın 12-də Setinye şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 may
2013-cü il
Azərbaycan.-2013.- 19 iyun.- S.2.