Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1, maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr 171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253, ¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə 980, ¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193, 196, ¹7, maddələr 666, 669, 673, ¹11, maddə 1068, ¹12, maddə 1223; 2013, ¹1, maddə 14; Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 141.2-ci maddənin sanksiyasında "yüz səksən saatdan iki yüz" sözləri "üç yüz altmış saatdan dörd yüz" sözləri ilə əvəz edilsin.

2. 147.1-ci, 148-ci, 156.1-ci, 157.1-ci və 316-1.1-ci maddələrin sanksiyalarında "iki yüz qırx" sözləri "iki yüz qırx saatdan dörd yüz səksən" sözləri ilə əvəz edilsin.

3. 158.1-ci, 177.1-ci, 178.1-ci, 179.1-ci, 184.1-ci, 187.1-ci, 200.1-ci, 299.1-ci, 303.1-ci və 322.1-ci maddələrin sanksiyalarında "yüz səksən saatdan iki yüz qırx" sözləri "üç yüz altmış saatdan dörd yüz səksən" sözləri ilə əvəz edilsin.

4. 159.1-ci, 160.1-ci və 286.2-ci maddələrin sanksiyalarında "yüz əlli saatdan iki yüz qırx" sözləri "üç yüz saatdan dörd yüz səksən" sözləri ilə əvəz edilsin.

5. 159.2-ci, 159.3-cü, 159-1.1-ci, 159-1.2-ci və 244.1-ci maddələrin sanksiyalarında "iki yüz saatdan iki yüz qırx" sözləri "dörd yüz saatdan dörd yüz səksən" sözləri ilə əvəz edilsin.

6. 165.1-ci, 165-1.1-ci, 165-2.1-ci, 165-3.1-ci, 166.1-ci, 167-ci, 175-ci, 243.1-ci və 306.1-ci maddələrin sanksiyalarında "yüz altmış saatdan iki yüz qırx" sözləri "üç yüz iyirmi saatdan dörd yüz səksən" sözləri ilə əvəz edilsin.

7. 188-ci və 310-cu maddələrin sanksiyalarında "iki yüz" sözləri "iki yüz qırx saatdan dörd yüz" sözləri ilə əvəz edilsin.

8. 189.1-ci maddənin sanksiyasında "yüz saatadək" sözləri "iki yüz qırx saatdan üç yüz saatadək" sözləri ilə əvəz edilsin.

9. 203.1-ci maddənin sanksiyasında "yüz əlli saatdan iki yüz" sözləri "üç yüz saatdan dörd yüz" sözləri ilə əvəz edilsin.

10. 221.1-ci, 228.4-cü, 229.4-cü, 289.1-ci, 296.1-ci və 297.1-ci maddələrin sanksiyalarında "yüz altmış saatdan iki yüz" sözləri "üç yüz iyirmi saatdan dörd yüz" sözləri ilə əvəz edilsin.

11. 256.1-ci və 258.1-ci maddələrin sanksiyalarında "yüz altmış" sözləri "iki yüz qırx saatdan üç yüz iyirmi" sözləri ilə əvəz edilsin.

12. 298-ci maddənin sanksiyasında "yüz iyirmi saatdan yüz səksən" sözləri "iki yüz qırx saatdan üç yüz altmış" sözləri ilə əvəz edilsin.

13. 314.1-ci maddənin sanksiyasında "iki yüz otuz" sözləri "iki yüz qırx saatdan dörd yüz altmış" sözləri ilə əvəz edilsin.

14. 320.2-ci maddənin sanksiyasında "səksən" sözü "iki yüz qırx saatdan üç yüz" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.2.