«Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 404; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1005; 2007, ¹ 1, maddə 4; 2009, ¹ 5, maddə 308; 2010, ¹ 7, maddə 579; 2011,    ¹ 2, maddə 71; 2012, ¹ 11, maddə 1038) 6-cı maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

"Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.3.