«Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə»nin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:
1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 19 iyun.- S.1.