2013-cü il aprelin 26-da Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə
Nazirliyi arasında əməkdaşlıq haqqında
Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il aprelin 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1-ci hissəsində göstərilən Sazişin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Çin Xalq
Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyun 2013-cü il
Azərbaycan.-2013.- 19 iyun.- S.2.