2013-cü il mayın 8-də Kolombo şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiŞri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  2013-cü il mayın 8-də Kolombo şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiŞri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin;

2.2. bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Şri-Lanka Demokratik Sosialist Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.3.