Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 107                         Bakı şəhəri, 10 iyun 2013-cü il

 

 

 

 "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 325) ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elmelmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir.".

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş vəsait hesabına təmin etsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.