Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 110             Bakı şəhəri, 10 iyun 2013-cü il

 

 

 

 

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 555-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2777 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli  qərarı  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu, 2011, ¹11, maddə 1065; 2013, ¹3, maddə 349) ilə təsdiq edilmiş "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.  8-ci hissənin adına "rüsumları" sözündən sonra "və haqq" sözləri əlavə edilsin;

2. 8.1-ci bəndə "Azərbaycan Respublikasının Qanununa" sözlərindən sonra ", haqq isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallarına" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.