"Dövlət tərəfindən mühafizəyə götürülən mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 112                         Bakı şəhəri, 11 iyun 2013-cü il

 

 

 "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 590-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2803 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə -"Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı"nın "Masallı rayonu" bölməsinin 416-cı və 417-ci hissələrində "Masallı qəsəbəsi" sözləri "Mollahəsənli kəndi" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.