Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının yerli əhəmiyyətli
avtomobil yollarının siyahısı»nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 115 Bakı şəhəri,
11 iyun 2013-cü il
"Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2800 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 264;
2008, ¹ 6, maddələr 582, 584, ¹ 9, maddə 852; 2009, ¹ 5, maddə
388, ¹ 6, maddələr 495, 496, ¹ 7, maddə 609, ¹ 8, maddə
683; 2010, ¹ 6, maddə 566; 2012, ¹3, maddə 266, ¹ 4, maddə 395,
¹ 6, maddə 639) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının yerli əhəmiyyətli avtomobil
yollarının siyahısı"nın "Şahbuz
rayonu" bölməsinin 3-cü hissəsinin "Yolun
adı" sütununda "Qarababa" sözü
"Şahbuz şəhəri" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 19 iyun.- S. 4.