Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli
qərarı ilə təsdiq edilmiş
«Suların vəziyyətinə təsir edən müəssisələrin,
qurğuların və digər obyektlərin tikiləcəyi
yerlərin müəyyənləşdirilməsi və onların tikinti
layihələrinin razılaşdırılması,
onların dövlət ekspertizası və istismara
verilmə Qaydaları»nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 117 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 603; 2005, ¹ 1, maddə 49,
¹6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 9, maddə 822; 2012, ¹ 5,
maddə 478) ilə təsdiq edilmiş "Suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların və
digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi
və onların tikinti layihələrinin
razılaşdırılması, onların dövlət
ekspertizası və istismara verilmə Qaydaları"nda
aşağıdakı dəyişikliklər edilsin:
1.
4.3-cü bənddən "və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1992-ci il 22 oktyabr tarixli 572 nömrəli qərarına"
sözləri çıxarılsın;
2.
6.2-ci bəndə "normativ hüquqi aktlara" sözlərindən
əvvəl "texniki" sözü əlavə edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 19 iyun.- S. 4.