Misirin «Əş-Şuruq» qəzetində
ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyindən
bəhs edən məqalə dərc edilmişdir
Məqaləsinə
"Susdurma və istibdadın ağrılarından inildəyən
və sərvətləri talan olunan xalqlarda qurtulmaq istəyi
və bu yöndə hərəkəti özünü qabarıq
şəkildə büruzə verir. Ancaq həmin xalqlar
onları önə aparacaq, təşkilatlandıracaq və
azadlığa doğru yönəldəcək lideri gözləyirlər"
sözləri ilə başlayan Əhməd Tarabik SSRİ-nin
süqutundan sonra xüsusən də Bakıda müxtəlif
partiyalar arasında hakimiyyət uğrunda amansız mübarizənin
ölkədaxili siyasi və sosial-iqtisadi vəziyyəti
sürətlə gərginləşdirdiyini və ölkəmizin
həmin dövrdə vətəndaş müharibəsi
astanasında olduğunu, yaranmış xaosdan istifadə edən
Ermənistanın Azərbaycanı hərbi təcavüzə
məruz qoyduğunu yada salmışdır.
Ə.Tarabik
ölkədə hökm sürən xaosdan
çıxış yolunu axtaran Azərbaycan xalqının
ümummilli lider Heydər Əliyevə xilas
çağırışı ilə müraciət etdiyini
yazaraq, ulu öndərin bu çağırışı
cavabsız qoymadığına diqqəti çəkmişdir.
1993-cü
il iyunun 15-də Heydər Əliyevin Azərbaycan
Respublikasının Ali Sovetinin sədri seçildiyini bildirən
müəllif həmin günün müasir Azərbaycanın
tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu
oxucuların nəzərinə çatdırmış, ulu
öndərin prezident vəzifəsinə seçildikdən
sonra Ermənistanın işğal etdiyi ərazilərin bir
qismini qaytarmağa müyəssər olduğunu, lakin o
vaxtkı ölkədaxili iqtisadi durumun və beynəlxalq
şəraitin bu missiyanı başa çatdırmağa
imkan vermədiyini və Ermənistan ilə atəşkəs
haqqında sənədin imzalandığını qeyd
etmişdir.
Bundan
sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli
inkişafına başlamaqla yanaşı, xarici ölkələrlə
səmərəli əməkdaşlıq əlaqələri
qurmağa müvəffəq olduğunu vurğulayan müəllif
ümummilli liderin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri
dünya birliyinin diqqətinə çatdırmaqla sonuncunun dəstəyinə
nail olduğunu xüsusilə qeyd etmişdir.
Məqalədə,
həmçinin SSRİ dövründə İslam
dünyası ilə əlaqələrini itirmiş Azərbaycanın
məhz ulu öndər Heydər
Əliyevin hakimiyyəti illərində bu əlaqələri
bərpa etdiyi, hətta genişləndirdiyi oxucuların diqqətinə
çatdırılmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Qahirə
Azərbaycan.-2013.- 19 iyun.- S. 5.