Bakıda «Xəzər regionunda əməkdaşlıq:
milli perspektivlər və
ümumi çağırışlar» mövzusunda konfrans
keçirilmişdir
İyunun 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Xəzər regionunda əməkdaşlıq: milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilmişdir.
SAM-dan bildirmişlər ki, konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Konrad Adenauer Fondunun regional proqram direktoru Canan Atilqan açmışlar. "Xəzər regionunda iqtisadi əməkdaşlığın dinamikası: ticarət, enerji və nəqliyyat" mövzulu birinci panelin məruzəçiləri - Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzinin koordinatoru Bəhruz Abdolvand, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin elmi işçisi Karlo Frappi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribov olmuşlar.
"Xəzər
regionunda təhlükəsizlik strategiyaları və strukturları:
milli perspektivlər, regional əməkdaşlıq və
xarici faktorların rolu" mövzusunda ikinci paneldə Kadir
Has Universitetinin Beynəlxalq münasibətlər
kafedrasının müdiri Mitat Çelikpalanın, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili
şöbəsinin müdiri Rövşən İbrahimovun
çıxışları dinlənilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 19 iyun.- S. 10.