Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" Goranboy rayonunda da
uğurla həyata keçirilir. Dövlət
proqramının icrası nəticəsində əhalini
narahat edən problemlərin həlli və infrastruktur layihələrinin
yerinə yetirilməsi sahəsində bir sıra mühüm
işlər görülmüş, o cümlədən təhsil,
mədəniyyət, idman və digər
sosialyönümlü obyektlər tikilərək istifadəyə
verilmiş, genişmiqyaslı yenidənqurma və
abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Goranboy
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda rayon üzrə
müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 iyun
2013-cü il
Azərbaycan.-2013.- 20 iyun.- S.1.