Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Su mühafizə zonalarının,
onların sahil mühafizə
zolaqlarının ölçülərinin, sərhədlərinin
və istifadəsinin müəyyən edilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 118 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 3, maddə 244; 2004, ¹ 12, maddə 1077;
2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2012,
¹ 5, maddə 472) ilə təsdiq edilmiş "Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin, sərhədlərinin
və istifadəsinin müəyyən edilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
13-cü hissədə "konkret planlaşdırma və
tikinti şəraitindən asılı olaraq təsdiq
olunmuş baş planlara" sözləri "ərazi
planlaşdırılması sənədlərinə"
sözləri ilə əvəz edilsin;
2.
20-ci hissədə "tikinti baş planlarına, torpaq istifadəsi
planlarına və digər plan-kartoqrafik materiallarına"
sözləri "baş planlarına" sözləri ilə
əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 20 iyun.- S. 1.