Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis
orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin
edilməsi Normaları"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 120 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 516; 2002,
¹ 11, maddə 675; 2008, ¹ 2, maddə 130) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənddə "tikinti normativ sənədlərinin" sözləri "şəhərsalma və tikintiyə dair normativ sənədlərin" sözləri ilə əvəz edilsin;
2.
2.1-ci və 8.2-ci bəndlərdə "dövlət şəhərsalma
norma və qaydalarının" sözləri "şəhərsalma
və tikintiyə dair normativ sənədlərin" sözləri
ilə əvəz edilsin;
3.
2.7-ci bənddə "və əlaqədar təşkilatlar
tərəfindən razılaşdırılmış sahə
planı sxemi, yaxud baş plan" sözləri "ilə
razılaşdırılmaqla, ərazi
planlaşdırılması sənədləri" sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 20 iyun.- S.1.