Naxçıvan ziyalıları yalnız İlham Əliyevi dəstəkləyirlər
Güclü lider- güclü Azərbaycan!
Xalqın
taleyi ilə bağlı uzaqgörən və konstruktiv qərarlar
vermək həmişə ziyalıların vəzifəsi
olub. Taleyüklü məsələlərin həllində
ziyalılar həmişə qəti mövqe nümayiş
etdiriblər. Tərəfsiz, obyektiv, yalnız xalqın
xoşbəxtliyi naminə, milli idealları və taleyinə
uyğun qərarların verilməsi məsuliyyəti
ziyalı vicdanı qarşısında dayanır.
Qarşıdan gələn prezident seçkiləri xalqımızı, o cümlədən ziyalılarımızı zamanın həssas bir vaxtında güclü, təcrübəli, vətəninə bağlı, peşəkar bir namizədlə dövlətçilik mücadiləsini davam etdirməyə sövq edir.
Çoxsaylı
Naxçıvan elmi ictimaiyyəti uzaqgörənliklə
ictimai-siyasi hadisələrin sınağından
üzüağ çıxan Heydər Əliyev siyasi kursuna və
onun sədaqətli davamçısı cənab İlham Əliyevin
yenidən prezidentliyə namizədliyinə yekdilliklə dəstək
verir. Xoşbəxt, firavan, maddi rifah içində
yaşayış istəyi bu arzuları həyata keçirməyə
qabil bir ölkə başçısı tələb edir. Cənab
İlham Əliyevə yekdilliklə bəslənilən inam bu
peşəkar siyasətçinin dövlətçilik təcrübəsinə
yeritdiyi siyasi kursa inamdan irəli gəlir. Cənab İlham Əliyevin
prezidentliyə namizədliyinin xalq tərəfindən bəyənilməsi,
ziyalıların yekdilliklə səs verməsi onun mənsub
olduğu Heydər Əliyev siyasi kursuna sonsuz inamdan, bəslənilən
etibardan doğur. Ölkəyə uğurlu rəhbərliyi
dövründə baş verən sürətli iqtisadi
artım, hərtərəfli inkişaf İlham Əliyevin bir
dövlət başçısı kimi nadir istedadı və
qabiliyyətindən xəbər verir. Ölkədə iqtisadi
dirçəliş nəticəsində nəinki
ümumdaxili məhsulun həcmi artdı, həm də hər
bir sosial təbəqə arasında ədalət
bölgüsünə nail olundu. "Ölkə elə
inkişaf edəcəkdir ki, hər bir rayon, hər bir vətəndaş
onun faydasını hiss edə bilsin" deyən cənab
İlham Əliyevin dövlətə uğurlu rəhbərliyi sayəsində inkişaf və
nailiyyətlər təkcə paytaxtı, mərkəzi şəhərləri
deyil, bütün ölkəni, onun ətraf, hətta ucqar
hesab olunan kəndlərini də əhatə etdi.
Xınalıqdan tutmuş Naxçıvan Muxtar
Respublikasının Bəyəhmədinə, Havuşuna qədər
yeni yol infrastrukturları çəkildi. Blokadanın
ağır şərtləri daxilində vaxtilə
işıqsız, qazsız, yolsuz, rabitəsiz qalan, çətin
həyat şərtləri daxilində yaşamağa məcbur
olunan Naxçıvan müdrik Heydər Əliyev siyasi kursunun
uğurlu davamçıları tərəfindən dönmədən
həyata keçirilən islahatlar nəticəsində
ölkənin ən müasir, ən yenilənmiş,
işıqlı, rahat, əmin-aman bir bölgəsinə
çevrildi. Azərbaycanda və onun bölgələrində
elmin inkişafı sahəsində əldə olunmuş
uğurlar alimlərin də dərin minnətdarlığına
səbəb olmuşdur. Naxçıvan ziyalıları,
bütün Azərbaycan xalqı cənab İlham Əliyevin
yenidən prezident olmasını yekdilliklə müdafiə
edir. Bu, həm də əmin-amanlıq, maddi rifah,
firavanlıq, sülh istəyən,
özünün xoşbəxtliyini, vətəninin əbədiliyini
sevən hər bir kəsin istəyi, tələbi, arzusudur.
Naxçıvan ziyalıları gələcəyin prezidenti
kimi yenə də mahir siyasətçi və peşəkar
diplomat İlham Əliyevi görür, ona səs verir və
yekdilliklə dəstəkləyir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2013.- 20 iyun.- S.2.