Türkiyə Universitetləri Məzunları
İctimai Birliyinin
konfransı
İyunun 19-da Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyi konfrans keçirmişdir.
AzərTAc xəbər verir ki, birliyin sədri Çingiz Bayramov tədbirin Azərbaycanda qarşıdan gələn prezident seçkilərində qardaş Türkiyədə və digər ölkələrdə təhsil alan tələbə və məzunlar adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi ilə keçirildiyini bildirmişdir. O, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinin sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil alması ənənəsinin əsasını qoyduğunu və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, TUMİB-in idarə heyətinin üzvü, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və başqaları qarşıdan gələn prezident seçkilərində Prezident
İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil fikirlərini ifadə etmişlər.
Qeyd edilmişdir ki, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını təmin etmək məqsədi ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul edilməsi Türkiyə və digər xarici ölkələrdə təhsil alan tələbə və məzunlara göstərilən dövlət qayğısının əyani sübutudur.
Sonda təşkilat adından bəyanat qəbul olunmuş,
TUMİB
prezident seçkiləri ilə bağlı mövqeyini
açıqlamışdır: "Daha qüdrətli ölkə,
daha güclü dövlət, vahid Azərbaycan naminə
Prezident İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan
edir, bütün gəncləri bizə qoşulmağa səsləyirik!"
Azərbaycan.-2013.- 20 iyun.- S.7.