Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də dəyişikliklər  edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 121                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004,

¹ 2, maddə 115; 2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 156, ¹ 4, maddə 279, ¹ 8, maddə 670, ¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 1, maddə 63; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 sentyabr tarixli 205 nömrəli qərarı) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də aşağıdakı dəyişikliklər edilsin:

1. 43-cü hissədə "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli" sözləri "Tikintisinə icazə tələb olunan" sözləri ilə əvəz edilsin;

2. 44-cü hissədə "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli" sözləri "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla," sözləri ilə əvəz edilsin;

3. 45-ci hissədə "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla)" sözləri "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.1.