"Dövlət və yerli
əhəmiyyətli hidrotexniki
qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə
Təsnifatı"nın, "Hidrotexniki
qurğuların dövlət reyestrinin tərtib
olunması və aparılması Qaydaları"nın və
"Mühafizə zonalarının ölçüləri,
sərhədləri və istifadəsi
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 122 Bakı şəhəri, 12
iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli
109 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 464;
2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 7, maddə 647, ¹ 9,
maddə 822; 2008, ¹ 5, maddə 432; 2012, ¹ 5, maddə 476) ilə
təsdiq edilmiş "Mühafizə zonalarının
ölçüləri, sərhədləri və istifadəsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
9-cu hissədə "planlaşdırma və tikinti şəraitindən
asılı olaraq təsdiq olunmuş baş planlara"
sözləri "ərazi planlaşdırılması sənədlərinə"
sözləri ilə əvəz edilsin;
2.
13-cü hissədə "şəhərlərin və digər
yaşayış məntəqələrinin baş tikinti
planlarında" sözləri "ərazi
planlaşdırılması sənədlərində"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 21 iyun.- S.1.