Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru
kəmərlərinin "Mühafizə
Zonası"nın müəyyənləşdirilməsi
Qaydaları"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 123 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli
167 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957;
2006, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432, № 8,
maddə 786) ilə təsdiq edilmiş "İstismar olunan
ixrac neft boru kəmərlərinin "Mühafizə
Zonası"nın müəyyənləşdirilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
6.1-ci bənddə "rəsmi icazəsi olmadan
aşağıdakıların" sözləri "icazəsi
olmadan aşağıdakılar üzrə işlərin"
sözləri ilə əvəz edilsin;
2.
6.2-ci bəndin birinci cümləsindən "rəsmi"
sözü çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 21 iyun.- S.1.